• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1780
— 07.03.2018 13:29

Yük maşını ana və iki övladını vurdu

KepezTV Player

Qazaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakı-Qazax-Gürcüstan magistral yolunun Qazax rayonun İkinci Şıxlı kəndində kənd sakini, 41 yaşlı Əmir Musayev magistral yol ilə gedərkən hərəkətdə olan “QAZ31” markalı avtomobil tərəfindən vurulub. Piyada hadisə yerində dünyasını dəyişib. Bakının Xətai rayonunda da qəza qeydə alınıb. Azər Kərimov idarə etdiyi “Hyundai” markalı yük maşını ilə idarəetməni itirərək yolun əks istiqamətinə çıxıb və piyadalar – 34 yaşlı Aygün Əliyevanı, onun övladları – 6 yaşlı Rəna Əliyeva və 10 yaşlı Almaz Əliyevanı vurub. Xəsarət alan ana və övladları xəstəxanaya yerləşdirilib. Sürücü hadisəni törədəndən sonra qaçıb. Hazırda onun yerinin müəyyən edilərək tutulması istiqamətində axtarışlar davam etdirilir. Paytaxtın Nəsimi rayonunda isə zəncirvari yol qəzası baş verib. Hadisə Bakıxanov küçəsində qeydə alınıb. Kia markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olan zaman idarəetməni itirib və nəqliyyat vasitəsi BMV markalı avtomobillə toqquşub. BMV isə yol kənarında dayanan Opel markalı maşına çırpılıb. Qəza zamanı avtomobillər deformasiyaya uğrasa da xoşbəxtlikdən xəsarət alan olmayıb. Hadisə yerində olan polis əməkdaşları ölçülər götürüblər. Qəzanın başvermə səbəbləri araşdırılır.

Zülfiyyə Telmanqızı