• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1158
— 06.03.2018 15:46

Gəncə şəhər Gənclər Evində 5 mart bədən tərbiyəsi və idman gününə həsr olunmuş görüş keçirilib

KepezTV Player

İdman ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə Gəncə idmanının uğurlarından danışılıb. Nizami yurdunun təmsilçilərinin ötən il beynəlxalq səviyyəli bir çox turnirlərdə müxtəlif əyarlı medallar qazandıqları diqqətə çatdırılıb. 2017-ci ildə gəncəli idmançıların 58 yarışa qatılaraq 74 qızıl, 64 gümüş və 56 bürünc medal əldə etdiyi qeyd olunub. İdmançıların nailiyyəti ilə yanaşı, məşqçilərin də fəxri adlara layiq görüldüyü vurğulanıb. Onlardan 2-si əməkdar məşqçi, 2-si fəxri bədən tərbiyəsi və idman xadimi, digər 2-si isə idman ustası adı alıb.

Orxan Cəfərzadə