• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2364
— 06.03.2018 16:57

Qərb bölgəsindən olan fermerlərlə görüş keçirilib

KepezTV Player

Kənd təsərrüfatında yüksək məhsul əldə etmək üçün məhsuldar maşınlar komplesindən istifadə qərb bölgəsindən olan fermerlərə aşılanıb. Bu istiqamətdə Aqrolizinqin xətti ilə yerli və xarici istehsal olan traktor, koombayn, qoşqu və avadanlıqların alınaraq fermerlərə satılmasının istehsal prosesinə müsbət təsirindən danışılıb. Bu texnikaların idarə edilməsi işinin Azərbaycan Dövlət Aqrar Universitetində təşkili, adiyyatı ixtisaslar üzrə təhsil alan tələbələrin təminatlı auditoriyalarda praktik biliklərə yiyələndiyi, texnika, maşın və avadanlıqlara servis xidmətinin göstərilməsi üçün göralən işlər barədə məlumat verilib. Hazırlanan kadrların universitetin maşın-traktor parkında olan texnikalardan istifadəsi və sürücülük kurslarının təşkili də fermerlərin işini asanlaşdıran məqamlar kimi vurğulanıb. Elmi-praktik görüşdə müxtəlif bitkilər üzrə səpinöncəsi, becərilmə və yığımla bağlı texnikalardan istifadənin təkmilləşdirilməsi istiqamətində fernerlərə məsləhətlər verilib.