• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1205
— 06.03.2018 10:59

Nokia 8 Sirocco təqdim olundu

Nokia 8 Sirocco smartfonu nümayi elətdirilib. Aparat 5,5 düymlük 2K ölçülü əyri ekran və Corning Gorilla Glass 5  şüşə qoruyucusu, Qualcomm Snapdragon prosessoru, 6 Qb operativ və 128 Qb daxili yaddaşla təmin olunub. Mobil cihazda fəxr ediləsi amil korpusun dözümlülüyüdür. Bu, alüminiumu 2,5 dəfə üstələyir. Əsas kamera 12 və 13 Mp-lik iki moduldan ibarətdir. Onlar bur cüt optik zumu təmin eləyir. Qarşı kamerası 16 meqapiksel olan Nokia 8 Sirocconun batareya həcmi 3260 mAs-dır. O, Android 8.0 Oreo idarəetməsi ilə işləyir. Nokia 8 Sirocconun satışları aprel ayından tez olmayacaq. Aparata 749 avro qiymət qoyulub.