• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2011
— 06.03.2018 10:58

Çərçivəsiz və irəli çəkilən kameralı smartfon təqdim olundu

Çinin Vivo şirkəti Barselonada keçirilən beynəlxalq sərgidə Apex adlı tamamilə çərçivəsiz konseptual smartfonunu nümayiş etdirib. Prototipin displeyi ön panelin 98%-ni tutur. Barmaq izləri skaneri ekrana inteqrasiya edilib. İstehsalçı vurğulayır ki, smartfon Half-Screen In-Display Fingerprint Scanning texnologiyasını dəstəkləyir ki, bu da eyniləşdirmə üçün barmağı kiçik piktoqramın üzərində deyil, ekranın üçdə bir hissəsini tutan sahəsinə qoymağa imkan verir.

Smartfonun daha bir özəlliyi ekranın alt hissəsində gizlədilmiş kameradır, ehtiyac olduğu halda periskop kimi irəli çəkilir. Kameranın təsvir ölçüsü 8 meqapiksel təşkil edir.