• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1926
— 06.03.2018 13:57

Çindən gələn gödəkçələrin içərisində qadın xəz kürkləri gizlətdilər

KepezTV Player

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda malların gömrük sərhədindən düzgün bəyan etməməklə və gizlədərək keçirilməsinə cəhdin qarşısını alıblar.Çindən karqo ilə göndərilən brutto çəkisi 9935 kq olan geyim əşyaları gömrük əməkdaşları tərəfindən nəzarətə götürülüb.Yoxlama zamanı, bir ədəd bağlamada olan 80 qadın gödəkçəsindən xüsusi qaydada gizlədilmiş, gömrük orqanına düzgün bəyan edilməmiş 20 ədəd qadın xəz kürkləri aşkarlanıb.Faktla bağlı araşdırma aparılır.