• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1420
— 06.03.2018 13:57

Üzərində silah gəzdirən şəxs yaxalandı

KepezTV Player

Bakının Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsinə Oktay adlı şəxsdə odlu silah-sursat olması barədə məlumat daxil olub. Bölmə əməkdaşlarının məlumat əsasında həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Oktay Cabbarov saxlanılıb. Onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança, 4 ədəd patron və patron darağı aşkar olunaraq götürülüb. Faktla bağlı Binəqədi RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Aşkar edilən silahdan hansısa cinayətdə istifadə edilib-edilmədiyi araşdırmalardan sonra məlum olacaq.