• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3101
— 06.03.2018 13:55

1 nəfər ölüb, 6 nəfər yaralanıb

KepezTV Player

Qaxda iki avtomobil toqquşub. Nəticədə 1 nəfər ölüb, biri azyaşlı olmaqla 6 nəfər xəsarət alıb.
Hadisə rayonun Alatəmir kəndi ərazisində baş verib. “Volkswagen” markalı, “34 BE 852” dövlət nömrə nişanlı minik avtomobili ilə “VAZ-21 011” markalı "62 BC 796” dövlət nömrə nişanlı minik avtomobili toqquşub. Nəticədə 1 nəfər - Qax rayonu Əlibəyli kənd sakini Akati Emraşvili hadisə yerində ölüb, ikisi ağır olmaqla 6 nəfər isə Qax Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Qax rayonu, Əlibəyli kənd sakini, 20 yaşlı Laşa Sioşvili rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə, 36 yaşlı Qita Dikaşvili, 28 yaşlı Naia Emraşvili, 41 yaşlı Laşa Andraşvili, 27 yaşlı Qiorqi Barxaşvili və 4 yaşlı Nikolas Emraşvili isə həmin xəstəxananın cərrahiyə şöbəsinə yerləşdiriliblər. Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.