Martın 5-dən etibarən 4 gün ərzində müxtəlif metodiki və əyani vəsaitlərdən istifadə etməklə seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, səsvermə günü müstəsna hallar, səslərin sayılması və protokolların doldurulması da daxil olmaqla səsvermə gününə aid bütün prosedurlar məntəqə üzvlərinə aşılanır. Bununla yanaşı iştirakçılara səsvermə prosedurları ilə bağlı səhnələşdirilən, çoxsaylı praktiki məşğələlər də keçiriləcək.
Seymur Hüseynov - 37 saylı DSK-nın katibi: Dairə Seçki Komisiyasının bəzi məntəqə seçki komisiyalarında, komisiya üzvləri arasında bəzi dəyişikliklər edilmişdir. Bu treninqlərin keçirilməsi həmin məntəqələrdə çalışan yeni üzvlər üçün marifləndirmə baxımından olduqca vacib və əhəmiyyətlidir. Təbii ki, protokolun doldurulması qaydası onlar üçün bir yenilikdir. Və bu treninqlərin təşkilidə bu və ya digər baxımdan olduqca önəmli hesab olunur.
- Baxış: 625