Futbol üzrə Premyer Liqasında XVIII turun oyunları keçirilib. Turun açılış matçında “Kəpəz” “Səbail”lə qarşılaşıb. Ardıcıl oyunlarda xal qazanmaqda çətinlik çəkən “sarı-göylər” Bakı klubu ilə görüşdə nəhayət ki, uğursuzluq zolağından çıxmağı qarşıya əsas məqsəd qoyublar. Və 23-cü dəqiqədə hesabı açıblar. Qapıya gedən topun qarşısını rəqib futbolçu əllə kəsdiyindən hakim 11 metrlik cərimə zərbəsi təyin edib. Topun arxasına keçən Dario Frederiko hədəfi dəqiq nişan alıb. Amma çox keçmədən ev sahiblərinin müdafiə xəttində səhvi qonaqların hesabı bərabərlışdirməsi ilə nəticələnib. Yevgeniy Koçuk oyunda status kvo yaradıb. Bununla belə “Kəpəz” ikinci hissənin əvvəlində daha bir qol vurmaqla oyundan qalib ayrımağı bacarıb. Tərzin Cahangirovun zərbəsi 3 xal üçün bəs edib. Yolüstü rəqib futbolçuya toxunan top tora düşüb. 2-1.
Azad Rəfi
- Baxış: 703