• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1359
— 05.03.2018 11:01

Az büdcəli Nokia 1 smartfonunu təqdim etdi

HMD Global şirkəti Nokia 8110 mobil telefonunu yeniləməklə yanaşı az büdcəli Nokia 1 smartfonunu da təqdim edib. Aparat yığcam ölçülərə və 4,5 düymlük ekrana malikdir. O, 4 nüvəli MediaTek MT6737M prosessoru, 1 Qb operativ və 8 Qb daxili yaddaş, 128 Qb-dək həcmli microSD kartını qəbul edə bilən dəliklə təmin olunub. Əsas kamera 5, qarşıdakı isə 2 Mp-lə çəkir. 2150 mAs həcmli akkumlyatora sahib smartfon iki sim-kartı, 4G VoLTE şəbəkəsini və GPS modulunu dəstəkləyir. Mobil cihaz Android Oreo Go edition sistemi ilə işləyir. Deyilənə görə, Nokia 1 aprel ayından bazarlarda peyda olacaq. Onu Avropada 69 dollara almaq olar.