• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1675
— 05.03.2018 13:06

Dəm qazından boğulan 6 nəfər öldü, 5 nəfər xəstəxanalıq oldu

KepezTV Player

Sumqayıtda bir ailənin 6 üzvü həyatını itirib. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, 5-ci məhəllə, ev 18/11-in zirzəmisində, yaşayış yeri kimi istifadə olunan sahədə 57 yaşlı Rafiq Hüseynov, 52 yaşlı Yeganə Hüseynova, 31 yaşlı Sara Hüseynova, 9 yaşlı Fərid Abbasov, 8 yaşlı Zemfira Abbasova və 6 yaşlı Yeganə Abbasovanın meyitləri aşkar edilib. Onların müayinəsi zamanı ilkin əlamətlərə əsasən dəm qazından zəhərlənərək ölmələri ehtimalı olduğundan fakta görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq məhkəmə-tibbi və digər ekspertizalar təyin edilib. Lənkəranda isə eyni səbəbdən biri uşaq olmaqla 5 nəfər zərər çəkib. Şəhərin Füzuli küçəsində yaşayan 16 yaşlı Sevinc Kazımzadə ilə anası, 48 yaşlı Elmira Kazımzadə, Balıqçılar qəsəbəsi sakinləri Tünzalə Sadıqova, 52 yaşlı Təhminə Sadıqova, qızı 6 yaşlı Yaqut Sadıqova Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin müdaxiləsindən sonra vəziyyətləri kafi qiymətləndirilir. Faktlarla bağlı araşdırma aparılır.

 

 

Zülfiyyə Telmanqızı