• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2572
— 05.03.2018 13:17

Keçmiş məhkumun evindən silah-sursat çıxdı

KepezTV Player

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Şirvan şəhərində Mehman adlı şəxsin yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat gizlətdiyi barədə məlumat daxil olub. Polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs – Şirvan sakini, əvvəllər məhkum olunmuş Mehman Kamalbəkov saxlanılıb. Onun yaşadığı evə baxış zamanı 1 ədəd “TOZ” 8 markalı tüfəng, 1 ədəd kustar üsulla lüləsi kəsilmiş ov tüfəngi, 7 ədəd patron və içərisində 6 patron olan “Revolver” tipli tapança aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Aşkar edilən silahlardan hansısa qanunsuz əməldə istifadə edilib-edilmədiyi araşdırmalardan sonra bəlli olacaq.

 

Zülfiyyə Telmanqızı