• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 782
— 05.03.2018 13:19

Evə elektrik olaraq gələn şəxs oğurluq etdi

KepezTV Player

Səbail rayonu Xəqani küçəsində yerləşən mənzillərdən birindən oğurluq edilib. Qadın Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinə məlumat verərək bildirib ki, evə elektrik adı ilə daxil olan bir nəfər onun başının qarışmasında istifadə edərək 4000 manatını oğurlayaraq hadisə yerindən qaçıb. Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı sakini Rasim Məmmədov saxlanılıb. Onun üzərində şəxsi axtarış keçirilən zaman evdən oğurladığı pulların bir qismi aşkar olunaraq götürülüb.

Faktla bağlı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.