• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1929
— 03.03.2018 16:07

Gəncədə məcburi köçkünlər üçün salınan qəsəbədə iməcilik keçirilib

KepezTV Player

Gəncədə məcburi köçkünlər üçün salınan qəsəbədə iməcilik keçirilərək həmişəyaşıl ağaclar əkilib. Kəlbəcər şəhidlərinin abidə kompleksinin ətrafından başlayan təmizlik işləri ümumilikdə 26 sot ərazini əhatə edib. Təmizlik işləri ilə yanaşı əraziyə münbit torpaq tökülüb. Ağacların əkilməsi üçün çalalar qazılıb, ərazinin suvarılması üçün yeni su xətti çəkilib. Aksiya iştirakçıları abidə kompleksinin ətrafına şam ağacları, eləcə də  müxtəlif növ dekorativ ağaclar əkib.

Şaban Qurbanov aksiya iştirakçısı: Qarşıdan aprel ayının 2-də  Kəlbəcər rayonun işğalının 25 ili gəlir. Bu çalışmaların hamısı ondan ötürüdür ki, biz həmin günə buranı  hazırlaya bilək. Elə həmin acı günümüzə, həm şəhidlərimizin ümumi xatirəsinin yad elənilməsinə bu iməcliklər mütamadi davam etdiriləcək. Hər həftənin şənbə bazar günləri bu əməlimizi davam etdirəcəyik ki, bu kompleksi gözümüz kimi qoruyaq. Çünki şəhidlər hər birimizin qürur mənbəyidir, biz onlarla fəxr edirik.