• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1107
— 02.03.2018 13:21

Silahla xuliqanlıq edən şəxslər saxlanıldılar

KepezTV Player

Fevralın 24-də Şirvan şəhər sakini Teyyub Tağıyevə odlu silahdan atəş açılıb və o, müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən birgə əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Şirvan şəhər sakinləri, Azər Məmmədov, Nadir Nehmədzadə və Sabirabad rayon sakini Habil Fərzəliyev saxlanılıb. Hal şahidlərinin iştirakı ilə Habil Fərzəliyevin üzərində şəxsi axtarış keçirilən zaman ondan sandıqçasında 5 ədəd patron olan “Makarov” markalı tapança aşkar edilərək götürülüb.Silah-sursatın dəstənin digər üzvü Azər Məmmədova məxsus olması və hadisə zamanı zərərçəkənə məhz onun atəş açması müəyyən edilib.

Azər Məmmədovun ətrafında keçirilən əlavə əməliyyat-axtarış tədbirləri ilə onun başqa cinayətinin də üstü açılıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Zülfiyyə Telmanqızı