• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 898
— 02.03.2018 13:13

Basqın etdiyi evdə qadını və azyaşlı qızını bıçaqladı

KepezTV Player

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində naməlum şəxs yaşayış evlərindən birinə silahlı basqın edib. O, içəridə olan 30 yaşlı Vüsalə Həşimovaya və onun 5 yaşlı qızı Zəhraya bıçaqla xəsarətlər yetirib. Cinayətkar hadisə yerindən qaçıb. Yaralılar isə qışqırığa gələn qonşuların köməkliyi ilə xəstəxanaya çatdırılıblar. İlkin ehtimala görə, basqın oğurluq məqsədi ilə törədilib. Polis faktı araşdırır.

 

Zülfiyyə Telmanqızı