• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1395
— 02.03.2018 13:36

1 nəfər öldü, 4 yaralandı

KepezTV Player

Bakının Yasamal rayonunda ağır yol qəzası baş verib. Nəriman Nərimanov küçəsi ilə hərəkətdə olan “Niva” markalı avtomobil yol keçən piyadanı vurub. Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkim-travmatoloqu, 80 yaşlı Nadir İsmayılov aldığı xəsarətlərdən hadisə yerində keçinib. Sumqayıt şəhərində 17 yaşlı Ayşən Abudovanı çörək almağa gedərkən "VAZ-2107" markalı avtomobil vurub. Sürücü hadisə yerindən qaçıb. Xəsarət alan Abudova Sumqayıt şəhər TTYX-ya çatdırılıb. Tibbi müdaxilədən sonra vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Tovuzda iki piyadanı avtomobil vurub. Xəsarət alan Şəmkir sakinləri xəstəxanaya aparılıblar. Onlardan biri tibbi yardım göstərildikdən sonra evə buraxılıb. 22 yaşlı Hikmət Sadıqovun müalicəsi isə davam etdirilir, vəziyyətinin normal olduğu bildirilir. Ağstafanın Qırlı kəndində qoşqulu traktor piyadanı vurub. Hərəkətdə olan ağır texnika yaşlı kişini bir neçə metr sürüyüb. Xəsarət alan yaralı xəstəxanaya yerləşdirilib. Faktlarla bağlı araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı