• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 936
— 02.03.2018 12:03

Dubayda Hyperloop kapsulunun interyerini göstərdilər

Virgin Hyperloop One şirkəti Dubay yol-nəqliyyat şöbəsilə birgə yüksək sürətli sərnişin kapsulu nümayiş elətdirib. Kapsulun içərisində quraşdırılmış oturacaqların üzü dəri materialındandır. Sərnişinlər üçün əyləncəli informasiya kompelksləri əlçatandır. Elektromaqnit güc sistemi ilə işləyən Qatar Abu-Dabi ilə Dubay arasında şütüyəcək. 140 kilometr məsafə cəmi 12 dəqiqəyə qət ediləcək. “Hiperlup” bir saatda 10 min sərnişin daşımaq iqtidarındadır. Virgin Hyperloop One şirkəti 2021-ci ilədək xəttə vakuumlu qatar buraxmaq niyyətindədir.