• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 732
— 02.03.2018 12:02

Nokia 8110 yeniləndi

HMD Global şirkəti Nokia 8110 telefonunun yenilənmiş versiyasını təqdim edib. Orijinal Nokia 8110 telefonu 1997-ci ildə buraxılıb və Matrix filmində istifadə edilib. Formasına görə bu telefona banan ləqəbi verilmişdi. Telefonun yeni versiyası 320x240 piksel təsvir ölçülü 2,4 düymlük ekran, 2 meqapiksellik kamera, 4 QB-lıq daşıyıcı ilə təchiz edilib və 4G dəstəyinə malikdir. Smartfonun avtonom işləmə müddəti 25 gündür. Mayda satışa çıxarılacaq telefonun qiyməti 80 avro təşkil edəcək.

Bundan başqa, şirkət Nokia 6, 7 Plus smartfonlarının yeni versiyasını təqdim edib. Android One proqramına daxil edilmiş bu qurğular Android sisteminin idarəetməsi altında işləyir və müntəzəm olaraq sistem yeniləmələri əldə edəcəklər.