• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 835
— 02.03.2018 11:01

Kiçik Hyundai krossoverinə elektromotor quraşdırdılar

Hyundai şirkəti yığcam Kona krossoverinin elektrikli modifikasiyasını təqdim edib. Modeli iki fərqli elektromorla əldə etmək mümkün olacaq. Yeniliyin maksimal ehtiyat gedişi 470 kilometrdir. İndiki Kona daxili yanma mühərrikli Konadan bağlı radiator barmaqlığına, dəyişdirilmiş bamperlərinə və xüsusi 17 düymlük təkər disklərinə görə seçilir. Krossoverin əsas güc sistemi 135 at güclü elektromotor və 39,2 kilovatt-saat həcmli litium-polimerli akkumlyatordan ibarətdir. Bu modifikasiya elektriklə birdəfəyə 300 kilometr məsafə qət edir. Daha böyük versiya 204 at güclü 64 kilovatt-saatlı batareya ilə təchiz olunub. Sıfırdan yüzü yığmaq üçün elektrikli krossoverə müvafiq olaraq 9,3 və 7,6 saniyə vaxt lazımdır. Maksimal sürətsə hər ikisində eynidir: 167 km/saat. Məişət elektrik şəbəkəsindən tam enerji yığmaq üçün iri versiyaya 9 saat 40 dəqiqə, kiçik versiyaya isə 6 saat 10 dəqiqə vaxt sərf olunur.