• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1072
— 02.03.2018 06:24

Tovuzda 2 avtomobil toqquşub, bir nəfər yaralanıb

Tovuz rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən körpünün altında olub. Hərəkətdə olan  avtomobil qarşı tərəfdən gələn digər avtomobillə toqquşub. Qəza zamanı sərnişin 26 yaşlı Hikmət Abbaszadə müxtəllif dərəcəli bədən xəsarətləri alıb. Yaralı dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına gətirilib, ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Elnur Vahidoğlu