KepezTV Player
Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq şahmat superturniri bu il də keçiriləcək. Yarışın vaxtı da artıq məlum olub. Beşinci dəfə təşkil olunacaq yubiley turniri aprelin 18-i 29-u tarixlərində Şəmkirdə reallaşacaq. Yarışda FİDE-nin reytinqində ən yaxşı göstəriciyə malik şahmatçılar dəvətlilər arasında olacaq. Yubiley turnirində dünya çempionu Maqnus Karlsenlə yanaşı, bir çox aparıcı qrossmeysterlərin, o cümlədən Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Rauf Məmmədovun iştirakı gözlənilir. Xatırladaq ki, əvvəlki 4 turnirdən 2-də Karlsen, digər 2-də Məmmədyarov qalib gəlib. Maqnus ilk iki yarışda, Şəhriyar isə son iki memorialda çempion olub.
Azad Rəfi
- Baxış: 736