• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1168
— 01.03.2018 16:13

Mülki Müdafiə Günündə Göygöldə şərti zəlzələnin nəticələri aradan qaldırıldı

KepezTV Player

Göygöldə zəlzələ və onun fəsadlarının aradan qaldırılması. 110 şagird və 35 müəllim şərti təlimdə yarana biləcək analoji vəziyyətdə necə hərəkət edə biləcəklərini nümayiş etdiriblər. Ümumdünya Mülki Müdafiə günündə rayonun Çaylı kənd orta məktəbində yaşananlar qarşıdakı sujetdə.

 6.5 bal gücündə zəlzələ, məktəbin əksər otaqlarını nəticədə dağılması, baş verən yanğın, qatı tüstü, şagirdlərin təxliyyə olunması, yararılara ilkin tibbi yardım və baş verən təbbi fəlakət nəticəsində ortaya çıxan situasiyanın idarə edilməsi. Göygöllü məktəblilər baş verən şərti zəlzələ zamanı necə hərəkət etdiklərini nümayiş etdiriblər. Təlimdə hərbiləşdirilməyən mülki şəxslər tərəfindən baş verən yanğının söndürülməsi, radioaktiv və kimyəvi ərazilərin aşkar olunaraq mühafizəsinin aparılması, tibb məntəqəsində zərəçəkənlərə yardımın göstərilməsi qarşıya məqsəd kimi qoyulub.

Təbii fəalkət nəticəsində məktəb binasında baş verən dağıntılar altında qalan şagirdlərin təxliyyə olunaraq tibb məntəqəsində tibbi yardım göstərilib.

Fövqəladə Hallar Nazirliyinin və Rayon Fövqəladə Hallar Komissiyasının əməkdaşlarının nəzarəti altında həyata keçirilən təlimdə məktəblilərin mülki müdafiə hazırlığının səviyyəsi yoxlanılıb. Cəbhə kəndi olan Çaylıda belə tiəlimin keçirilməsi baş verə biləcək fövqəladə və təbii proseslərə ilkin reaksiyanın gecikmədən göstərilməsi məqsəd kimi qarşıya qoyulub.

Aqif Hüseynov Çaylı kənd orta məktəbin mülki müdafi rəhbəri:1 mart Ümumdünya Mülki Müdafiə günü münasibəti ilə keçirilən şərti tədbirdə yanğından mühafizə, sanitariyya, dağıntılar altında qalanları təhlükəsiz ərazilərə daşımaya demək olar ki, nail olduq. Məktəbimiz ucqar  dağlıq ərazidə  yerləşməsi, düşmənlə həmsərhəd olduğu üçün kənd əhalisinə mülki müdafiənin əsaslarını aşılamaq vacibdir.

Təlimin yekunu olaraq şagirdlərə mülki müdafiənin vacibliyi aşılanıb, şərti zəlzələ zamanı göstərilən ilkin müdaxilə qənaətbəxş hesab edilib.