Bu günə xəbərlərin oxunma sayı: 1061
— 01.03.2018 14:37

Samuxda şəkər çuğundurunun əkininə maraq artıb

KepezTV Player

Bu ildən etibarən şəkər çuğundurunun əkini ilə məşğul olan fermerlərə məhsulun hər tonu üçün veriləcək əlavə vəsait fermerlərin əkinə marağını artırıb. Samuxda çuğunduraltı sahələrin 300 hektar artırılması da bundan irəli gəlir.

Ötən məhsul ilində hər hektrar torpaqdan yığılan 50 ton çuğundur və bunun müqabilində əldə edilən gəlir samuxlu fermerləri həvəsləndirib. Məhsulun şəkərlilik dərəcəsinin 14 faizdən yüksək olması çuğundurun tonuna görə ödənilən məbləği də yüksəldib. Bu ildən fermerlər 1 ton məhsul üçün əlavə 4 manat subsidya alacaqlar.  

Şəmistan Yusifov fermer: Bizim ailə kəndli fermer təsərrüfatımız var. Yəni bir neçə qohum birləşib bir yerdə 40 hektara yaxın torpaq əkirik. Ötən il onun 30 hektarında şəkər çuğunduru əkmişdik. Bu il 45 hektar sahədə şəkər çuğunduru əkəcəyik. Artıq arat etmişik. Yaxın günlərdə səpin başlanacaq.

Rayonda toprpaq-iqlim şəraiti əlverişli olması və şəkər çuğundurunun becərilmə aqrotexnologiyasına düzgün əməl edilməsi keyfiyyətli məlsulun əldə edilməsini şərtləndirir. Ancaq mütəxəssilər bölgənin xarakterinə uyğun toxumların seçilməsini də vacib hesab edir.

Rahil Həsənov Samux Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi: Deyək ki eyni qaydada həm Mərkəzi Aran həm də Samux rayonunda və yaxudda qərb bölgəsində eyni sortların əkilməsi düzgün deyil. Ona görə də rayonlaşmış sortlar olmalıdır ki hansı bölgədə hansı daha sort daha effektli ola bilər.

Ötən il Samuxda 1200 hektar sahədə şəkər çuğunduru əkilib və 53 min tona yaxın məhsul götürülüb. Bu il rayonda çuğundur sahələrinin 1500 hektara çatdırılması planlaşdırılıb.  

Natiq Hüseyn