• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1747
— 01.03.2018 13:08

Dostunu təhqir edənlə hesab çəkmək istədi, bıçaqlandı

KepezTV Player

Bakının Nəsimi rayonunda fəaliyyət göstərən çayxanaların birində 4 nəfər arasında əlbəyaxa dava olub. Nəticədə 20 yaşlı Sabir Kərimov qarın nahiyəsindən bıçaqlanıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralının yaxınlarının verdiyi məlumata görə, o, evi tərk edərək marketə getdiyini bildirib. Məlum olub ki, oğlan sosial şəbəkədə dostunun təhqir olunduğunu görüb və onunla təhqiramiz sözlər yazan şəxsi çayxanaya çağırıb. Yaranan mübahisənin sonu isə qan-qada olub. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsində araşdırma aparılır.