• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1616
— 28.02.2018 13:09

Narkotiki satarkən yaxalandı

KepezTV Player

Zərdab Rayon Polis Şöbəsinə narkotiklərin qanunsuz satışı ilə məşğul olan şəxs barədə məlumat daxil olub. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Tovuz rayon sakini İntiqam Əmiraslanov narkotik vasitəni satarkən saxlanılıb. Polis şöbəsinə gətirilən həmin şəxsin üzərində şəxsi axtarış aparılan zaman cibindən də marixuana aşkar edilərək götürülüb. Faktla bağlı Zərdab RPŞ-nin istintaq bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir. 

 

Zülfiyyə Telmanqızı