• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1304
— 28.02.2018 13:16

Silah satmaq istəyən kişi saxlanıldı

KepezTV Player

Bakıda silah satmaq istəyən şəxsin arzusu baş tutmayıb. Silahla birgə tutularaq istintaqa təhvil verilib. İki nəfər isə üzərlərində qanunsuz olaraq odlu silah-sursat gəzdirdiyi üçün saxlanılıb.

Səbail Rayon Polis İdarəsi 8-ci Polis Bölməsinə Bayıl qəsəbəsi ərazisində Abzər adlı şəxsin üzərində qanunsuz olaraq odlu silah-sursat saxlaması, gəzdirməsi və satmaq istəməsi barədə məlumat daxil olub. Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs – Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Abzər Abzərov saxlanılıb. Bölmədə hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman əlindəki çantanın içərisindən sandıqçasında 21 ədəd patron olan “AK-74” markalı avtomat aşkar olunaraq götürülüb. Abzər Abzərov maddi sübutlarla birgə istintaqa təhvil verilib. Saxlanılan şəxs ifadəsində odlu silahı satmaq məqsədi ilə Bayıl qəsəbəsinə gətirdiyini bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Bölmədə toplanan material araşdırılması üçün Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Aşkar edilən silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı araşdırmalardan sonra məlum olacaq. Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş, Maştağa qəsəbə sakini İmran Cavadov qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilindiyi üçün saxlanılıb. Onun evinə baxış keçirilən zamanı çarpayının altında gizlətdiyi 1 ədəd “Naqan” markalı tapança və 3 ədəd patron aşkar olunaraq götürülüb. Ekspertizaya təqdim olunan tapançanın istifadəyə yaralı olması barədə rəy verilib.

Sabunçu Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində isə əvvəllər məhkkum olunmuş, Balaxanı qəsəbə sakini Bəybala Qarabəyov saxlanılıb. Polis idarəsində hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman əlindəki çantanın içərisindən sandıqçasında 10 ədəd patron olan “AKS-74” markalı avtomat aşkar olunaraq götürülüb.Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 

 

Zülfiyyə Telmanqızı