• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1978
— 28.02.2018 11:03

Yeni Volvo V60 universalı 390 at gücü qazandı

Volvo şirkəti V60 universalının yeni nəsil modelini ictimaiyyətə göstərib. Təqdimat Stokholmda baş tutub. Maşın iki hibrid modifikasiya əldə edib. Onlardan biri 390 at gücündədir. Hər iki variant ən son təhlükəsizlik sistemləri dəsti ilə təmin olunub. Yeni Volvo V60 SPA platformasında hazırlanıb. XC60 da analoji platforma əsasında meydana gəlib. Modelin uzunluğu 4,7 metr, təkər bazası 2,9 metr ölçüsündədir. Bu göstəricilər XC60-dan müvafiq olaraq 117 və 98 millimetr çoxdur. Universalın baqajı 529 litr yük götürmək qabiliyyətindədir. Oturacaqları qatladıqda yük həcmi 841-1364 litr arasında dəyişir. Yeniliyin mühərrik qamması benzin və dizel motorlardan ibarətdir. Ən çox güc benzin motora düşür: 390 at gücü. Avadanlıq siyahısında toqquşma anını əvvəlcədən təyin edən avtomatik əyləcli City Safety sistemi var. Yarıavtonom Pilot Assist sistemi isə yenilənib və indi döngələrin öhdəsindən daha yaxşı gəldiyi bildirilir.