• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1853
— 28.02.2018 11:01

Əfsun adı verilən bu maşın 349 km/saat sürət yığır

Amerikanın Hennessey Performance atelyesi 1000 at güclü Chevrolet Camaronun maksimal sürətini müəyyənləşdirib. Şirkətdə The Exorcist, tərcümədə “əfsun” adı verilən maşını Texas ştatının Uvalde poliqonunda test ediblər. Avtomobil burada saatda 349,2 kilometr sürət yığmağa nail olub. “Əfsun” 850 at güclü 8 silindrli 6,23 litrlik motoru olan Dodge Challenger Demon-un buraxılışına cavab olaraq hazırlanıb. Hennesey mühəndisləri yeni maşınları üçün kompressorlu V8 mühərrikə malik Chevrolet Camaro ZL1-in bazasından istifadə ediblər. Aqreqatı mexaniki superşarjlar əvəzləyib, paylayıcı valda, silindrlər blokunda və buraxılışda dəyişiklik edilib. The Exorcist yerindən 96 km/saat sürəti təxminən 3 saniyəyə yığır, 402 metri 10 saniyəyə qət edir. Dodge Demon isə bu tapşırığı müvafiq olaraq 2,3 və 9,65 saniyəyə yerinə yetirir. Adi Chevrolet Camaro ZL1 avtomobilini The Exorcist variantına çevirmək üçün 55 min dollar tələb olunur.