• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 763
— 27.02.2018 12:43

Məktəbin məzunu oradan oğurluq etdi

KepezTV Player

Daha bir oğurluq faktı Abşeron rayonu Saray qəsəbəsində qeydə alınıb. Fevralın 23-də qəsəbədə fəaliyyət göstərən 3 saylı orta məktəbin direktoru Təyyubə Hüseynova Rayon Polis İdarəsinə müraciət edərək təhsil ocağından oğurluq edildiyini bildirib. İddiaya görə, naməlum şəxs fevralın 22-i məktəbə pəncərədən daxil olaraq, oradan 6200 manatlıq 12 ədəd kompyuter oğurlayıb. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən Saray qəsəbəsi sakini Roman Qafarov saxlanılıb. Məlum olub ki, o,oğurluq etdiyi məktəbin məzunu olub. Faktla bağlı araşdırmalar davam etdirilir.