• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1156
— 27.02.2018 12:42

Silsilə oğurluqlar edən şəxslər saxlanıldılar

KepezTV Player

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları da rayon ərazisində silsilə oğurluqlar törədən şəxsləri saxlayıb. Xırmandalı kənd sakini Şəmsəddin Qasımov polisə müraciət edərək naməlum şəxslərin ona məxsus mağazadan 150 manat pul oğurladığını bildirib. Əməliyyat tədbirləri ilə faktı törətməkdə şübhəli bilinən Masallı sakinləri Fərhad Fərəcov, Xəlil İsmayılov və Neftçala sakini İsa Quliyev saxlanılıb. Onların Babaser kənd sakini Mais Ağayevə məxsus təmir sexindən elektrik avadanlıqlarını, “Kamaz” markalı 11 maşından ümumilikdə 22 ədəd akkumulyator və digər bir təmir sexindən 15 ədəd su motorlarını oğurladıqları da müəyyən edilib. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə həmin şəxslərin digər rayonların ərazisində analoji cinayət törətdikləri də üzə çıxıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma gedir.