• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2243
— 27.02.2018 12:42

Bir gecədə 9 avtomobil yardılar

KepezTV Player

Paytaxtda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıblar. İki nəfər Qaraçuxur qəsəbəsində bir gecədə 9 nəqliyyat vasitəsindən oğurluq və oğurluğa cəhd ediblər.

Suraxanı rayonu Qaraçuxur qəsəbə sakini Səbuhi Əliyev rayon polis idarəsinə müraciət edərək fevralın 15-də yaşadığı ünvanın qarşısında saxladığı “Opel” markalı avtomobilin pəncərəsinin sındırıldığını, nəqliyyat vasitəsinin salonundan monitor, maqnitofon, 4 ədəd səsgücləndirici və elektrik tənzimləyicisinin oğurlandığını bildirib. Elə həmin gün polis idarəsinə Qaraçuxur qəsəbəsində yaşayan daha 8 avtomobilin sürücüsü də eyni məzmunlu şikayət ərizəsi ilə müraciət edib. Həmin şəxslər maşınlarından akkumlyatorlar və pul oğurlandığını bildiriblər. Suraxanı Rayon Polis İdarəsi 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən paytaxt sakinləri əvvəllər məhkum olunmuşlar – Rəşad Bayramlı və Rahim Hatəmzadə şübhəli şəxs qismində saxlanılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.