• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1411
— 27.02.2018 06:45

Gəncədə ev yanıb, bir nəfər ölüb

KepezTV Player

Gəncə şəhərində mənzildə yanğın olub. Hadisə şəhərin Nəriman Nərimanov prospekti bina 37, mənzil 3 ünvanında, şəhər sakini 68 yaşlı Natella Katibiyə məxsus 34 kv.m olan 1 otaqlı evdə baş verib. Hadisə yerinə çağrılan Gəncə Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri alovun qarşısını alıblar. Yanğın zamanı evin bütün yanar konstruksiyaları yanıb. Hadisə yerinə baxış zamanı ev sahibinin meyiti aşkarlanıb. Faktla bağlı araşdırmalara başlanılıb.

Elnur Vahidoğlu