• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 987
— 26.02.2018 14:25

“Şəmkir” doğma meydanda da “Xəmsə”yə qalib gəldi

KepezTV Player

Futbol üzrə Region Liqasında ikinci dövrəyə start verilib. Qərb zonasında 4-cü turun oyunları çərçivəsində “Şəmkir” doğma meydanda “Xəmsə”ni qəbul edib. Ötən tur Gəncədə rəqibini 2 cavabsız qolla məğlub edən şəmkirlilər doğma meydanda da 3 xal qazanmağı bacarıblar. Amma səfərdəki qələbədən fərqli olaraq “qırmızı-ağlar” evdə xeyli əziyyət çəkməli olublar. İlk yarıda Ceyhun Əhmədovun cərimə zərbəsindən vurduğu qolla yenik duruma düşən ev sahibləri matçın son 10 dəqiqəsində məğlubiyyətdən qurtulublar. 80-ci dəqiqədə Toğrul Həsənov və 87-ci dəqiqədə Etibar Süleymanovun vurduğu qollar “Şəmkir”ə əzmkar qələbə qazandırıb – 2:1. Bununla da ardıcıl iki qərb derbisində üzü gülən  şəmkililər xallarının sayını altıya çatdırmaqla turnir cədvəlində 3-cü pillədə möhkəmləniblər.

Azad Rəfi