Ukraynanın paytaxtı Kiyevdə görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə 22-ci beynəlxalq turnir başa çatıb. 37 ölkədən 500-dək idmançının iştirak etdiyi yarışda yığma komandamızın üzvləri 9 qızıl, 6 gümüş və 4 bürünc medal qazanıb.
Yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Rafiq Hüseynov (82 kq) qızıl, Eldəniz Əzizli, Murad Məmmədov, Taleh Məmmədov, Rafiq Hüseynov qızıl, İslam Abbasov (87 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elvin Mürsəliyev (82 kq) və Orxan Nuriyev (97 kq) turnirin bürünc medalına yiyələniblər.
Sərbəst güləşdə Georgi Edişeraşvili (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Şərif Şərifov (92 kq) və Nurməhəmməd Hacıyev (97 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ilk pilləsinə yüksəliblət. Hacı Əliyev (65 kq), Murtuz Müslümov (70 kq) və Cəbrayıl Həsənov (79 kq) gümüş, Əfqan Xaşalov (57 kq) bürünc mükafata layiq görülüb.
Qadın güləşçilərin mübarizəsində isə Tatyana Omelçenko (62 kq) qızıl, İrina Netreba (65 kq) gümüş, Alyona Kolesnik (57 kq) isə bürünc medala sahib çıxıb.
Turnirdə 6 dəfə erməni idmançılarla qarşılaşan pəhləvanlarımız bu görüşlərdən 5-də qalib gəliblər.
Orxan Cəfərzadə
- Baxış: 596