• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1360
— 26.02.2018 13:16

Oğurluqda şübhəli bilinən iki nəfər saxlanıldı

KepezTV Player

Oğurluqda şübhəli bilinən Gəncə sakinləri saxlanılıblar. Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 31-dən bu il fevralın 5-dək olan müddətdə 5 evdən, habelə 2 avtomobildən akkumulyator, elektrik naqili və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri Ceyhun Mərdanov və əvvəllər məhkum olunmuş Vüsal Qurbanov saxlanılıblar. Araşdırmalar davam etdirilir.

 

Zülfiyyə Telmanqızı