• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1324
— 26.02.2018 13:11

Dumanlı hava qəzaya səbəb oldu

KepezTV Player

Cəlilabadda iki maşın toqquşub. Qəza rayonun Qarazəncirli kəndində qeydə alınıb. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar – Masallı rayonu Güllütəpə kənd sakinləri, 27 yaşlı Nicat Manafov, 29 yaşlı Şəlalə Manafova, 51 yaşlı Əli Əliyev, 48 yaşlı Dürdanə Manafova və 31 yaşlı Qədir Nəsirov Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Dürdanə Manafovanın vəziyyəti daha ağır qiymətləndirilir. Qəzaya dumanlı hava şəraitinin səbəb olduğu bildirilir. Faktın araşdırılmasına başlanılıb.

Zülfiyyə Telmanqızı