KepezTV Player
12 saylı Ərazi Vergilər Departamentində vergi ödəyicilərinin maarifləndirilməsi və məlumatlandırılması istiqamətində tədbirlər davam etdirilir. Bu istiqamətdə baş tutan növbəti görüşdə vergi ödəyiciləri vergi borclarının alınması, operativ vergi nəzarətinin həyata keçirilməsi və səyyar vergi yoxlaması barədə yeniliklərlə tanış olub. Görüşdə şəffaf vergi partnyorluğu statusu əldə etmiş vergi ödəyiciləri də iştirak ediblər. Maarifləndirmə tədbirlərinə Gəncə, Naftalan, Goranboy, Daşkəsən, Samux və Gədəbəydən olan vergi ödəyiciləri iştirak ediblər.
- Baxış: 495