Gəncədə əhalinin tibbi müayinəsində paytaxtan dəvət olunan ixtisaslı həkimlər də iştirak edir. Səhiyyə Nazirliyinin təşəbbüsü Bakıdan gələn mütəxəsislər hər 2 həftədən bir şəhər sakinlərinin sağlıq vəziyyətini yoxlayacaq. Abbas Səhhət adına şəhər xəstəxanasında təşkil olunan müayinələrə Gəncə ilə yanaşı ətraf rayonlardan olan vətəndaşlar da qatıla bilər.
Ariz Rüstəmov Səhiyyə Nazirliyinin əməkdaşı : “Respublikanın 8 bölgəsində mütəxəssislərimiz fəaliyyət göstərir. Və orada aşkarlanmış xəstələrə yerində müalicələr yazılır. Əgər lazım gələrsə hər hansı bir müayinəyə ehtiyac yaranarsa onda həmin xəstələr Bakı şəhərinə müayinə və müalicəni davam etdirilməsi üçün üz tuta bilərlər.
Əlikram Məmmədov Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi :“Gəncə şəhərində 5 poliklinikada bu muayinələr aparılır, eyni zamanda Gəncənin qaçqın və köçkün qasəbələrində də aparılır. Eyni zamanda bütün universitet və liseylərdə müayinələrimiz davam etdirilir. Və mən deyərdim ki, əhalinin sağlamlığı keşiyində durmaq ən böyük təşəbbüslərdən biridir
Həqiqət Hüseynova sakin:“15 ildir ki, şəkər xəstəsiyəm. Mən gəldim şəkərimi yoxladılar, nə lazımdır hamısını etdilər. Mən öz razılığımı bildirirəm.
- Baxış: 565