Gəncə Dövlət Universitetində Xocalı faciəsinin 26-cı ildönümünə həsr edilən “Əsrin faciəsi” mövzusunda konfrans keçirilib. Tələbə və müəllimlərin soyqırımla bağlı canlandırdığı nümunələr, faciə ilə bağlı qələmə alınan kitabların sərginə baxışla başlayan tədbirdə Xocalı soyqırımının bütövlükdə Azərbaycan xalqına qarşı yönəldiyi, qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixinə düşən vəhşilik olduğu bildirilib.Faciə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsi kimi xarakterizə edilib. Soyqırımı törədən şəxslərin cinayət mühakiməsi və cəzalandırılmasının labüdlüyü dilə gətirilib. Xocalı qurbanlarının heç vaxt unudulyamacağı, onların ruhuna hədsiz hörmət bəslənəcəyi, eyni zamanda erməni faşizminə bir daha ümumxalq nifrəti dilə gətirilib.
Azərbaycan Dövlət Aqrar Universitetinin fakültələrində və tələbə evində də Xocalı faciəsinin dəhşətləri diləgətirilib. Hər il olduğu kimi 26 il bundan öncə törədilən qətliam kədər və sabaha inam ruhunda anılıb, bunun soyqırım olması faktların dili ilə təsdiqini tapıb. Xocalıda baş verənlərin xatırlanması yaddaşların təzələnməsi, tarixi həqiqətlərin yenidən dilə və gündəmə gətirilməsi kimi əhəmiyyətli vurğulanıb. Yetişməkdə olan gənc nəslin tarix boyu azərbaycanlıların başına gətirilən müsibətlərdən məlumatlı olması, onların vətənpərvər ruhda, əsl vətəndaş kimi yetişməsinin vacibliyinə toxunulub. Bu gün Xocalıda törədilən erməni vəşiliyinin tələbələrə aşılanması sabahın əsgəri olacaq gənclərin vətənin müdafiəsi, torpaqlarımızın işğaldan azad edilməsində əhəmiyyəti önə çəkilib. Universitetin aqranomluq fakültəsində baş tutan anım tədbirində də faciənin, insanlığa və bəşəriyyətə yönələn dəhşətlərindən danışılıb.Bu gün baş verən soyqırım hadisəsini dərin kədrlə yad etməklə yanaşı siyasi, iqtisadi. hərbi baxımdan daha da güclü olduğumuz və düşmən üzərində mütləq qələbə qazanılacaqğı vurğulanıb. Faciəni əks etdirən sərgiylə tanışlıq,soyqırıma aid filmin nümayişi, tələbələrin təqdim etdiyi şerlər, Xocalıya aid səhnəciklər tədbirin təsirini artırıb, iştirakçıları bir anlığa həmin dəhşətli gecəyə qaytarıb.
Azərbaycan Texnologiya Universitetində “Xocalım gözləyir bizi” adlı anım mərasimi Şəhidlər abidəsini ziyarətla başlayıb. Xocalı faciəsinin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışılıb. Ordumuzun xalqımızın başına gətirilən bütün müsibətlərə layiqli cavab verməyə hər an hazır olduğu və aprel döyüşlərinin bunun sübut etdiyi vurğulanıb. Xocalı faciəsinin dəhşətlərini əks etdirən ədəbi-bədii kompozisiya və səhnəcik nümayiş etdirilib.
- Baxış: 577