• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1779
— 23.02.2018 14:36

Şəmkirdə şəhid əsgərin anım mərasimi keçirilib

KepezTV Player

Ötən ilin fevralında Ermənistan Silahlı bölmələrinin cəbhədəki təxribatının qarşısını alarkən şəhid olan hərbi qulluqçuu Xanoğlan Xəlilov doğluduğu Şəmkirin Şeidlər kəndində anılıb. Mərasimdə onun torpaqlarımızın müdafiəsi uğrunda göstərdiyi şücayət, qüdrətli milli ordunun cəbhədəki sücaəti, dövlətin qətiyyətli siyasəti nəticəsində şəhidlərin qanının yerdə qalmayacağı vurğulanıb. Silahlı qüvvələrin işğal altındakı torpaqları qısa zamanda azad edəcəyinə şübhə olmadığı önə çəkilib. Anım tədbirində məktəblilər şəhidlə bağlı xatirələrini bölüşüb, şerlər səsləndiriblər.

İntizam Xəlilov - şəhidin atası: Mən şəhid atası kimi nə deyim vətən sağ olsun. Torpaqlarımız azad olsun. Şəhidlərimizin qanı yerdə qalmayacaq. Şəhidlər ölməyib.

Aslan Xəlilov - şəhidin dayısı: Bütün şəhidlərimizə allahdan rəhmət diləyirəm. Birdə buradan o düşmənlərə səslənirəm ki yüklərini götürüb rədd olsunlar. Vətən sağ olsun.

Nəzakət Heydərova - şəhidin müəllimi: Kədərdən ailə sarsıldı ancaq yıxılmadı. Onlar anladılar ki övladları torpaq müstəqillik azadlıq uğrunda şəhidlik zirvəsinin ən yüksək nöqtəsinə çatıbdır.

 

 

Natiq Hüseyn