• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 711
— 23.02.2018 13:10

Piyada qəzanın qurbanı oldu

KepezTV Player

Abşeron rayonunda ağır yol qəzası baş verib. Hadisə rayonun Hökməli qəsəbəsində qeydə alınıb. Elçin Məmmədov idarə etdiyi Vaz 2106 markalı avtomobillə şəhər istiqamətində hərəkətdə olarkən yolu keçən piyadanı vurub. Sürücü özü piyadanı avtomobilinə qoyaraq xəstəxanaya gətirib. Həkimlərin səyinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb. Hadisə barədə polisə məlumat verilib. Sürücü Elçin Məmmədov izahatı alınması üçün Abşeron rayon Polis İdarəsinə aparılıb. Elçin Məmmədov izahatında bildirib ki, hərəkətdə olan zaman piyada qəfil qarşısına çıxıb və o avtomobili saxlaya bilməyib. Faktla əlaqədar cinayət işi başlanılıb.