• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1633
— 23.02.2018 10:01

Yapon elektrohiperkarı “yüzü” 1,9 saniyəyə yığdı

Dünyada kütləvi istehsal olunan avtomobillər arasında ən sürətli adına iddia edən Yaponiyanın Aspark şirkətinin Owl superkarı inanılmaz göstəriciyə nail olub. Belə ki, “gündoğan” ölkənin Totiqi bölgəsindəki poliqonda test edilən maşın ilk 100 km/saat sürəti 1,921 saniyəyə yığa bilib. Bununla da Owl 1360 at güclü Nio EP9 elektrokarını üstələyib. Owl üzərində işlər 2014-cü ildə başlanıb. Onun debütü 2017-ci ildə Frankfurt avtosalonunda baş tutmuşdu. Owl-un əsas özəlliyi 99 santimetr hündürlüyündəki salonu olub. Təqdim olunmuş superkar iki elektromotorla hərəkətə gəlir və ümumi güc 450-yə bərabərdir. 850 kiloqramlıq yapon maşınının motorları nəinki akkumlyatorlarla, hətta superkondensatorlarla da qidalanır. Sonuncular avtomobilə qısa zamanda sürətlənməyə kömək edir. Aspark firması Owl hiperkarından 50 ədəd istehsal etməyi planlaşdırır. Onların hər birinə təxminən 4 278 000 dollar qiymət qoyulub.