• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2276
— 23.02.2018 10:03

Yeni “AMG-Qalik” 600 at gücündədir

Mercedes-Benz şirkəti yeni G-Classını gücləndirib. G 63 modifikasiyası yüngül yüklənmələrdə silindrləri söndürən sistemə malik V8 motor əldə edib. 585 at güclü mühərrik saniyədə 2500-3500 dəfə fırlanır. Aqreqat 9 pilləli ASQ ilə işləyir. Bu güc sistemi sələfi 571 at güclü motoru əvəzləyib. Yenilik ilk “yüzü” 4,5 saniyəyə yığır. Bu da öncəkindən demək olar ki, 1 saniyə tezdir. Maksimal sürət 220 kilometr olsa da, idman-paketdə bu göstəricini 240-a yüksəltmək olar. “Qalik” hər kilometrə 13,2 litr yanacaq sərf edir. Əvvəlki isə bundan təxminən yarım litr çox benzin yandırırdı. Offroud işıq diodlu faralar, idmansayağı start düyməsi, aktiv fırlana bilən oturacaqlar, 22 düymlük disklər, güclü qırmızı əyləc supportları, yeni AMG sükanı və aktiv kruiz-kontrolla təchiz olunub.