• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2024
— 22.02.2018 15:08

Gəncədə iki avtomobil toqquşub

KepezTV Player

Gəncə şəhərində yol qəzası olub. Hadisə şəhərin 28 may küçəsində baş verib. Hərəkətdə olan Şəmkir rayon sakini 27 yaşlı Alıxan Məmmədovun idarə etdiyi “VAZ  2106” markalı avtomobillə Daşkəsən rayon sakini 33 yaşlı Rövşən Hüseynovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

Elnur Vahidoğlu