• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1836
— 22.02.2018 14:35

Şəmkirdə “Dayaq” Mentorluq Proqramının açılışı olub

KepezTV Player

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı ilə birgə həyata keçirdiyi “Dayaq” Mentorluq  Proqramının  Şəmkirdə təqdimatı olub. Qadınların ictimai həyatda fəallığının artırılmasını nəzərdə tutan layihə regional xarakteri daşıyır. Elə təqdimatda da Şəmkir, Tovuz, Daşkəsən və Gədəbəydən fəal qadınlar, xanım bələdiyyəy sədrləri və üzvləri iştirak edib. Qadınların cəmiyyətdə rolu və onlara yaradılan şərait, son bələdiyyə seçkilərində qadınların fəallığından danışlıb. Dayaq Mentorluq layihəsinin də qadınların siyasi iştiraklılığını artırmağa, sahibkarlıq fəaliyyətinə qoşulmağa, məişət zorakılğının qarşısının alınması imkan verdiyi önə çəkilib. 

Sədaqət Qəhrəmanova Ailə Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin sədr müavini: Bildiyiniz kimi bizim komitə qadınlarla bağlı bir çox layihələr reallaşdıırb. Bizim əsas məqsədimiz qadınların cəmiyyətdə rolunu artırmaqdır. Yənin qadınlar ancaq ev iləri ilə məşğul olmalalıdır.  Onlar həm də cəmiyyətdə söz shibinə çevrilməlidir. Bilirsiniz artıq bələdiyyə sədrlərinin bir çoxunu qadınlar təşkil edir. Bu çox yaxşı haldır.  Xüsusəndə kənd yerlərində bələdiyyə sədrləri və yaxudda üzvlər qadın olduqda on lar problemləri daha tez duyur və hllinə nail  olmağa çalışırlar.

Gerald Duda Almaniya Cənubi Qafqazda Yaxşı Yerli Özünü İdarəetmə Proqramının qrup rəhbəri: Son illər ölkənizdə qadınların rolu xeyli yüksəlib. Bu çox yaxşı haldır. Bizim məqsədimiz bu layihə çərçivəsində qadınların cəmiyyətdə rolunu yüksəltməkdir. İnanırıq ki birgə layihəmiz uğurların artmasına tövhə verəcək.

Natiq Hüseyn