• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2209
— 22.02.2018 13:35

Biləsuvarda oğurladıqları mal-qaranı Bakıda satdılar

KepezTV Player

Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiləri nəticəsində rayonun ayrı-ayrı kəndlərindən vətəndaşlara məxsus mal-qaraları oğurlayan şəxslər saxlanılıb. Belə ki, rayon sakini Mirzəli Nuriyev Xırmandalı kəndində yerləşən fermasından ona məxsus 4 baş dananın oğurlanması barədə polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edib. Aparılan əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinənlərin Bəydili kənd sakini Cavad Süleymanov və Zəhmədabad kənd sakini Əli Bağırov olduğu müəyyən edilib və hər iki şəxs saxlanılıb. Onlar heyvanları Maştağa bazarında 4600 manata satdıqlarını bildiriblər. Adıçəkilən şəxslərin həmçinin  ayrı-ayrı vaxtlarda iki kənddən heyvan oğurladıqları məlum olub. Onlar 6 baş heyvanı ümumilikdə 7100 manata satıb pulu aralarında bölüblər. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma davam etdirilir.