• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 902
— 22.02.2018 10:13

Ciblik dron hazırlandı

Cleo Robotics adlı Kanada startapı qeyri-adi, digər yığcam həvəskar kvadrokopterlərlə rəqabət apara biləcək dron ərsəyə gətirib. Cleo dronu yumru ponçiki xatırladır və elə onun ölçüsündədir. Dairəvi korpusun içərisində iki propoller və 12-15 dəqiqə avtonom uçuşu təmin edən daxili batareya yerləşdirilib. Pilotsuz aparat HD formatında çəkiliş edə bilən daxili kamera ilə təchiz olunub. O, smartfona yüklənmiş proqramla idarə olunur. Gələcək perspektivdə yaradıcılar dronu maneələri dəf etmək üçün əyilmə və naviqasiya sistemləri ilə təmin edəcəklər. Analoji dronun bazarlara nə vaxt çıxacağı isə bilinmir. İxtiraçılar bildirirlər ki, onların əl işi nəinki həvəskarlar, hətta təhlükəsizlik sahəsində işləyən şirkətlər arasında marağa səbəb olacaq.