Bu günə xəbərlərin oxunma sayı: 895
— 21.02.2018 14:43

Paralimpiya çempionu yığmanın tərkibində mövsümün ilk təlim-məşq toplanışında

KepezTV Player

Cüdo üzrə paralimpiya millimiz Gürcüstanda təlim-məşq toplanışındadı. Komandamız qonşu ölkənin Qori şəhərində hazırlıq keçir. Yığmanın heyətində 14 cüdoçu var ki, onlar arasında gəncəli paralimpiya çempionu Ramil Qasımov da yer alıb. Milli ilə birgə ilin ilk təlim-məşq toplanışına qatılan dünya və avropa çempionu qarşıdan gələn mötəbər yarışlara hazırlaşır. Azərbaycan komandası ilə yanaşı toplanışda yerli idmançılar, həmçinin Qazaxıstan, Avstriya və Türkiyə təmsilçiləri də iştirak edir. Əsasən taktiki-texniki hazırlıqdan ibarət olan məşq prosesi 8 gün davam edəcək. Bundan sonra yığmamız Türkiyədə təlim-məşq toplanışı keçəcək. Paracüdoçularımızın ilk ciddi sınağı aprel ayında Avropa kubokunda olacaq.

 

Orxan Cəfərzadə